
Yaponiyada Yaponiya dənizi sahilində, Noto yarımadası yaxınlığında baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 238 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsikava prefekturasının rəsmiləri məlumat yayıb.
Rəsmilərin məlumatına görə, insanların çoxu - 41%-i əzilmədən, 22%-i boğulmadan, 14%-i hipotermiyadan ölüb. Ölənlərin 73%-i 60 yaşdan yuxarı insanlardır.
Məlumatda həmçinin orta hesabla 15 min insanın hələ də təxliyyə məntəqələrində qaldığı, itkin düşən 19 nəfərin axtarışlarının davam etdiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl ölənlərin sayının 232 nəfər olduğu bildirilirdi.
Xatırladaq ki, yanvarın 1-dən Yaponiyada 1,2 mindən çox zəlzələ baş verib. Bu, son 3,5 ildə ölkədə baş verən təkanların ümumi sayından çoxdur. Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı 1,1 mini keçib, 38,6 minə yaxın ev tamamilə və ya qismən dağılıb.
Tətbiqimizi yükləyə bilərsiniz