FED uçot dərəcəsini 5,25-5,5% səviyyəsində saxladı


ABŞ-nin mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytındakı məlumatda bildirilib.
“Komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamağa qərar verib”, - məlumatda deyilir.
Qeyd edilir ki, FED, inflyasiyanın davamlı olaraq 2%-ə doğru irəlilədiyinə daha çox inam yaranana qədər hədəf faiz dərəcəsini azaltmağın məqsədəuyğun olacağına inanmır.

DİGƏR XƏBƏRLƏR

Top