
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Qara dəniz və Krım üzərində 20 raketi vurub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik hücumda Kiyev rejimini günahlandırıb.
Nazirlik bildirib ki, Ukrayna raketlərinin qalıqları Sevastopol yaxınlığındakı Lyubimovka ərazisindəki hərbi hissənin ərazisinə düşüb.
İlhaq edilmiş Sevastopolun qubernatoru Mixail Razvojayev bildirib ki, Rusiya hərbçiləri şəhərə kütləvi hücumu dəf edib:
“Altıdan çox raket vurulub. Dağıntılar Fedorovskaya küçəsi ərazisindəki özəl sektora, eləcə də Ust-Belbek bağçılıq icmasına düşüb, burada 12 bina yüngül zədələnib. Heç bir insan xəsarət almayıb”.
Ukrayna mənbələri yerli sakinlərə istinadən bildirir ki, hücum nəticəsində Belbek aerodromunda yanğın baş verib. Yerli hakimiyyət orqanları və Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.