Ermənistan İqtisadiyyat Nazirliyindəki axtarışlardan sonra 7 nəfər saxlanıldı – Yenilənib


Ermənistan İstintaq Komitəsi ölkənin İqtisadiyyat Nazirliyində aparılan axtarışlardan sonra 7 nəfərin saxlanılması barədə məlumat yayıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə İdarənin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər:
“Xüsusən də “Dövlət investisiya proqramları üzrə bankın yaradılması” tenderinin bir hissəsi olaraq şirkətlərdən birinin rəhbəri ilə əlbir olub, onun rəqibinin iştirakına süni maneələr yaradıblar. Nəticədə 3 dəfə baha (392 milyon dram – 100 min dollar) ərizə təqdim edən şirkət qalib olub. Bu iş üzrə 6 nəfər saxlanılıb.
Digər prosesdə isə İqtisadiyyat Nazirliyinin rəsmisi intensiv bağların dəstəklənməsi üzrə dövlət proqramının benefisiarı V.D. ilə yaxın münasibətdə olmaqla, tələblərə əməl edilməməsinə baxmayaraq, sahibkara və onun dostlarına maddi təzminat almasına şərait yaradıb.
Nəticədə İqtisadiyyat Nazirliyi V.D. və digər benefisiarlara 238 milyon dramdan çox vəsait ayrılıb. Sözügedən məmur saxlanılıb”.

***15:21
Ermənistanın İqtisadiyyat Nazirliyində və bir sıra vəzifəli şəxslərin evlərində istintaq hərəkətləri aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə News.am- a Ermənistanın İstintaq Komitəsindən məlumat verilib.
“Ermənistan İstintaq Komitəsinin Dövlət əleyhinə Cinayətlərin İstintaq Baş İdarəsi və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin iştirakı ilə iki müxtəlif cinayət işi ilə əlaqədar İqtisadiyyat Nazirliyi və bir neçə nəfərin mənzillərində, ümumilikdə 15-dən çox yerdə axtarış aparılır”, - məlumatda deyilir.
İstintaq Komitəsindən bildirilib ki, zəruri hallarda təfərrüatlar barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ermənistan KİV nazir müavini Ani İspiryanın saxlanıldığını yazır.

DİGƏR XƏBƏRLƏR

Top