Benzema bu mövsüm də “Əl-İttihad”da qalacaq


Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransız futbolçusu Kərim Benzema qış transfer pəncərəsində klubu tərk etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
Məlumata görə, Benzemanı onun karyeraya başladığı Fransanın “Lion” klubuna icarəyə vermək barədə təklif gəlib. Ancaq transfer pəncərəsi bitənə qədər bu müqaviləni çatdırmaq mümkün olmayacağı üçün təklif öz qüvvəsini itirib.
Qeyd edək ki, dekabrın sonunda Benzema Səudiyyə Ərəbistanını tərk edib. O, “Əl İttihad”ın son məşqini buraxıb. Futbolçunun gedişinin səbəbləri barədə məlumat verilməyib. O, məzuniyyətdən sonra da komandanın toplanışına gəlməyib və klub onu müvəqqəti məşqlərdən uzaqlaşdırıb.
Xatırladaq ki, 36 yaşlı Benzema 2023-cü ilin iyununda “Əl İttihad”a keçib. Benzema ilə müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bundan əvvəl Benzema İspaniyanın “Real Madrid” klubunda oynayıb. O, burada beş dəfə Çempionlar Liqasının qalibi olub və 2022-ci ildə “Qızıl top”a layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top