“Bütün girovlar azad edilsə belə əməliyyatı dayandırmayacağıq” – İsrail XİN


“İsrail radikal hərəkat HƏMAS-ın saxladığı bütün girovlar azad edilsə belə, Qəzza zolağında əməliyyatı dayandırmaq niyyətində deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Bild” nəşrinə müsahibəsində İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz deyib.
Nazirə bütün girovların azad ediləcəyi təqdirdə HƏMAS-ın tamamilə məhv edilməsinə cəhd etmədən, İsrail hökumətinin hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlara hazır olub-olmadığı sualı verilib.
“Mənim cavabım xeyrdir. Biz girovları azad etmək istərdik və bu, yalnız Qəzzada, Xan Yunisdə və HƏMAS-ın mövcud olduğu bütün digər yerlərdə hərbi təzyiqlə baş verə bilər. Misir kimi digər ölkələr də HƏMAS-a təzyiqləri davam etdirməlidir. Amma HƏMAS həm hərbi, həm də siyasi cəhətdən məğlub olana qədər müharibəni bitirməyə razı olmayacağıq”, - nazir cavabında bildirib.

DİGƏR XƏBƏRLƏR

Top