Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı


Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilir ki, səbəb Londondan Tehranla bağlı gələn xoşagəlməz bəyanatlarla bağlıdır:
“Britaniya rejiminin Tehrana qarşı davam edən ittihamları ilə əlaqədar olaraq Britaniya səfiri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz bildirilib”.
Qeyd edək ki, yanvarın 29-da Böyük Britaniyanın Baş naziri Rişi Sunak iranpərəst qrupların İordaniya-Suriya sərhədindəki Amerika hərbi bazalarından birinə hücumunu şərh edərək, İranı Yaxın Şərqdə gərginliyi azaltmaq üçün hərəkətə keçməyə çağırıb.
Həmin gün Böyük Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısını genişləndirərək yeddi nəfəri və İslam İnqilabı Keşikçiləri Korpusunun 840 nəfərlik Qüds Qüvvələrini (İran Silahlı Qüvvələrinin elit bölmələri) siyahıya daxil edib.

DİGƏR XƏBƏRLƏR

Top