“İsrail Qəzza zolağından qoşunlarını çıxarmaq niyyətində deyil”


“İsrail Qəzza zolağından qoşunlarını çıxarmaq niyyətində deyil və minlərlə fələstinlini həbsdən azad etməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu danışıb.
Baş nazir Fələstinin radikal HƏMAS hərəkatı ilə yeni sazişin mümkünlüyü ilə bağlı xəbərləri şərh edərkən olanları şərh edib.
“Mən hər cür sövdələşmələr haqqında bəyanatlar eşidirəm, ona görə də aydınlaşdırmaq istəyirəm: biz bu müharibəni bütün məqsədlərimizə çatana qədər bitirməyəcəyik, bu da HƏMAS-ın məhv edilməsi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmayacağına dair qarantiyaların olmasıdır. Biz İsrail ordusunu Qəzza zolağından çıxarmayacağıq və minlərlə terrorçunu azad etməyəcəyik. Bunların heç biri olmayacaq.”, - Netanyahu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top