
İsrail Fələstinin HƏMAS hərəkatı ilə potensial razılaşma çərçivəsində Qəzza zolağının əsas şəhərlərindən qoşunlarını çıxara bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin mənbələrinə istinadən “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
“HƏMAS və İsrail arasında girovların və əsirlərin mübadiləsinə dair yeni sazişin birinci mərhələsinin təfərrüatları barədə razılıq var”, - deyə mənbə qeyd edib.
“Potensial razılaşmanın şərtlərinə görə, İsrail qoşunlarını Qəzza zolağının şəhərlərindən çıxaracaq və onları sərhəd məntəqələrində yerləşdirəcək”, - o əlavə edib.
“Əl-Ərəbiyyə” mənbələrinin məlumatına görə, razılıq əldə olunarsa, HƏMAS İsrail həbsxanalarında saxlanılan 30 fələstinlinin əvəzində hər gün bir israilli girovu azad edəcək. Razılaşmanın üçüncü mərhələsi HƏMAS tərəfindən əsir götürülən israilli zabitlərin azad edilməsini əhatə edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz