
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 26 min 751-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra məlumat verib.
Kudra 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayının 26 min 751-ə, yaralanan fələstinlilərin sayının isə 65 min 636-ya yüksəldiyini bildirib.
Kudra İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 114 fələstinlini öldürdüyünü, 249 fələstinlini isə yaraladığını qeyd edib.
Səhiyyə Nazirliyinin sözçüsü dağıntılar altında və yol kənarlarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi ilə əlaqədar təcili yardım və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiklərini vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz