Soyuq Müharibədən sonra NATO-nun ən böyük sammiti keçiriləcək


“Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) iyulda Vaşinqtonda keçiriləcək sammiti Soyuq Müharibədən bəri ən böyük sammit olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, ən böyük sammit yeni çağırışlara və təhdidlərə uyğunlaşma nümayiş etdirəcək.
“Bu, istər Rusiya, istər Çin, istərsə də, kiberməkanda terrorla mübarizə olsun”, - Blinken vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Çinin “Global Times” qəzeti Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları ilə əlaqədar NATO-nun son on ilin ən böyük hərbi təlimini keçirəcəyini bəyan etmişdi.
Digər tərəfdən, yanvarın 18-də NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Kristofer Kavoli təşkilatın genişmiqyaslı hərbi təlimlər keçirəcəyini bildirmişdi. O, “Steadfast Defender 2024” təliminin son onilliklərin ən böyük təlimi olacağını elan etmişdi.
Təlimdə NATO-ya üzv ölkələrdən 90 min əsgərin iştirak edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top