“Toyota”nın satışları rekord miqdarda artdı – 11,2 milyon


Yaponiyanın aparıcı “Toyota” konserni və onun törəmə şirkətləri “Daihatsu” və “Hino” 2023-cü ildə dünya üzrə 11,23 milyon avtomobil, yük avtomobili və avtobus satıb ki, bu da korporasiyanın tarixində rekord göstəricidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında yayılan press-relizdə məlumat verilib.
Məlumata görə, 2022-ci illə müqayisədə şirkətin satış artımı 7,2% təşkil edib. “Toyota” özü dünya üzrə 10,3 milyon avtomobil sataraq, satış rəqəmləri 9,24 milyon ədəd təşkil edən əsas rəqibi alman avtomobil istehsalçısı “Volkswagen”i üstələyib.
“Toyota”nın qeyd etdiyi kimi, satışın artımı dünyanın demək olar ki, bütün regionlarında sabit tələbat, eləcə də, yarımkeçiricilərin qıtlığının azalması ilə bağlıdır.
“Toyota” qrupu 2023-cü ildə istehsal baxımından da rekord göstərici əldə edib. Şirkət keçən il 1,5 milyon minik avtomobili, yük maşını və avtobus istehsal edib ki, bu da 2022-ci illə müqayisədə 8,6% çox olub.
Qeyd edək ki, son bir neçə ildə “Toyota” və “Volkswagen” dünya üzrə avtomobil satışında liderlik uğrunda mübarizə aparır. 2020-ci ildə “Toyota” dörd illik fasilədən sonra bu göstəricidə liderliyini bərpa edib və o vaxtdan bəri avtomobil nəhəngləri arasında uçurum hər il artır.

DİGƏR XƏBƏRLƏR

Top