
“Hazırda Ukrayna ordusunun sayı təxminən 880 min nəfərdir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ARD telekanalına müsahibəsində bildirib.
Ordunun sayı ilə bağlı sualı cavablandıran Zelenski bildirib:
“880 minlik ordumuz var”, - deyib.
Zelenski həmçinin xaricə gedənlərin sayı haqqında da məlumat verib. O, 6,5-7,5 milyon ukraynalının xaricə getdiyini bildirib.
Qeyd edək ki, əvvəllər Zelenski Ukrayna Quru Qoşunlarının sayının 2023-cü ilin dekabrında 600 min nəfərdən çox olduğunu bəyan etmişdi. 2022-ci ilin fevralı üçün isə bu rəqəm təqribən 260 min nəfər idi.