Qəzzada daha bir jurnalist həlak oldu


İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail həri təyyarələri Qəzzanın mərkəzi hissəsində yerləşən Əz-Zəvayidə bölgəsində jurnalist İsam əl-Lulunun evini hədəf alıb. Zərbə nəticəsndıə jurnalist Lulu, həyat yoldaşı, oğlu, gəlini və nəvəsi həyatını itirib.
Bununla da, Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bəri həyatını itirən jurnalistlərin sayı 121-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top