Etirazçılar Mona Liza portretinə şorba atıblar – Video


Etirazçılar Fransada şüşə ilə qorunan Mona Liza portretinə şorba ataraq “sağlam və davamlı qida” hüququna çağırıblar.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, hadisənin kadrları da yayılıb.
Videoda “qida əks-hücum” yazılmış köynək geyinmiş iki qadın etirazçının şorbanı rəsm əsərinə atması əks olunub.
“Daha vacib nədir? İncəsənət, yoxsa sağlam və davamlı qida hüququ? Sizin kənd təsərrüfatı sisteminiz xəstədir. Fermerlərimiz iş başında ölür”, - deyə onlar daha sonra onlar rəsm əsərinin qarşısında dayanaraq deyirlər.

Fransanın mədəniyyət naziri Raçida Dati deyib ki, heç bir səbəb Mona Lizanın hədəfə alınmasına haqq qazandıra bilməz.
Qeyd edək ki, Leonardo da Vinçinin 16-cı əsr rəsm əsəri dünyanın ən məşhur sənət əsərlərindən biridir və Parisin mərkəzindəki Luvr muzeyində saxlanılır.
O, gülləkeçirməz şüşənin arxasında sərgilənir və ona görə də zədələnməsi ehtimalı azdır.
Xatırladaq ki, Fransa paytaxtında son günlərdə fermerlər artan yanacaq qiymətlərinə son qoymağa və qaydaların sadələşdirilməsinə çağıran etirazlar keçirirlər.

DİGƏR XƏBƏRLƏR

Top