Həmid Herisçinin vəziyyəti necədir?


1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.
Qeyd edilib ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.

DİGƏR XƏBƏRLƏR

Top