Səfirliyimizə hücum edən şəxsin məhkəmə iclası keçirildi – Yenilənib


Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxs, onun vəkilləri, Azərbaycan səfirliyinin bir sıra məsul şəxsləri iştirak edib.
İttiham aktına əsasən, Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur.

***10:43
Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İrandakı səfirliyimizə hücumla bağlı yaydığı bəyanatda bildirilib.
Bəyanatda həmçinin bildirilib ki, terror hücumu nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilib.
“Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilib, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırılıb. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırıb, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin edib”, - deyə bəyanatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top