
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər nəticəsində daha bir hərbçinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Givati” briqadasının mühəndis batalyonunda xidmət edən 36 yaşlı baş çavuş Eliran Yeger Qəzza zolağının cənubunda gedən döyüşdə həlak olub.
Beləliklə, İsrail ordusunun Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatı başlayandan bəri ölən İsrail hərbçilərinin sayı 220 nəfərə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsi başlayandan bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı isə 557 nəfər olub.
Tətbiqimizi yükləyə bilərsiniz