Rusiyalı iqtisadçı London Biznes Məktəbinin dekanı oldu


Rusiyalı iqtisadçı Sergey Quriyev iqtisadiyyat və maliyyə sahəsində dünyanın ən nüfuzlu təhsil müəssisələrindən biri olan London Biznes Məktəbinin (LBS) dekanı təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məktəbin saytında məlumat paylaşılıb.
“LBS-nin yeni dekanı seçildiyim üçün çox sevincli və fəxrliyəm. Mən bu quruma heyranam. Məktəbin missiyasını və dəyərlərini həvəslə dəstəkləyirəm və LBS-nin görkəmli komandası və məzunları ilə işləməyi səbirsizliklə gözləyirəm”, - iqtisadçı təyinatını şərh edib.
Qeyd edək ki, Quriyev 2022-ci ildən Paris Siyasi Tədqiqatlar İnstitutunda (Sciences Po) prorektor vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top