“Azərbaycanda keçiriləcək seçkilərdən sonra səmərəli danışıqlara ümid edirəm”


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra Bakı ilə səmərəli danışıqlara ümid etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birgə brifinqdə deyib.
“Ümid edirəm ki, Azərbaycanda prezident seçkilərindən sonra danışıqlar prosesi artıq razılaşdırılmış və məlum prinsiplər əsasında sülh müqaviləsinin yekunlaşdırılmasını başa çatdırmaq üçün tam miqyas alacaq”, - baş nazir bildirib.
Baş nazir İrakli Qaribaşvili öz növbəsində bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında davam edən dialoqa nikbin baxır və iki ölkənin tezliklə sülh sazişi imzalayacağına ümid edir:
“Gürcüstan Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasını dəstəkləyir və bu prosesə öz töhfəsini verməyə hazırdır”.

DİGƏR XƏBƏRLƏR

Top