Gürcüstan və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladılar


Gürcüstan və Ermənistanın baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan Tbilisidə keçirilən görüşdə strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Yeniavaz.com
xəbər verir ki, bunu Qaribaşvili erməni həmkarı ilə görüşündən sonra keçirilən brifinqdə deyib.
“Biz Ermənistanla ənənəvi olaraq, tarixən təkcə qonşu deyil, çox güclü müttəfiqlər, dostlar olmuşuq. Bizim bütün sahələrdə yaxşı tərəfdaşlığımız, əlaqələrimiz və əməkdaşlığımız var. Deyə bilərik ki, biz evvəl də de-fakto strateji dost və tərəfdaş olmuşuq. Amma bu gün bu rəsmiləşib və bu gün biz rəsmi olaraq strateji tərəfdaşlıq haqqında saziş imzaladıq”, - Qaribaşvili qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top