
İspaniya nəhəngi “Atletiko Madrid”in türkiyəli müdafiəçisi Çağlar Söyüncü futbol karyerasını öz vətənində davam etdirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məşhur menecer və idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, artıq İspaniya klubu ilə Türkiyə Superliqasının hazırkı lideri “Fənərbağça” arasında şifahi razılıq əldə olunub:
“Cari müqaviləyə satınalma ilə bağlı heç bir bənd əlavə olunmayıb. Sənədlər hazır olanda proses başlayacaq. Söyüncü yalnız “Fənərbağça”nı istəyirdi”