
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Məlumata görə, Paşinyan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Səfər çərçivəsində Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyasının iclası da baş tutacaq.
Bundan sonra iki ölkənin baş nazirləri jurnalistlərə açıqlamalar verəcəklər.