
Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölmələri faktı üzrə araşdırma aparılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, yerli KİV Ə. Həsənovun S. Həsənovun qardaşı olduğunu yazır
***10:24
ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” səhifəsi Feysbukda məlumat yayıb.
Bildirilib ki, S. Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.
“2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, fakültənin ən yaxşılarından biri, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib”, - məlumatda deyilir.
Qeyd olunub ki, o, ABŞ-də təcrübə keçib.