ABŞ-də ilk dəfə məhkum azot vasitəsilə edam edildi – Foto


ABŞ-də təmiz azotdan istifadə edərək ölüm cəzası həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Alabama ştatının baş prokuroru Stiv Marşal məlumat verib.
O bildirib ki, bu, ölüm hökmünün bu şəkildə icra edilməsi ilə bağlı ilk məlum hadisədir.
“Ədalət bərqərar oldu. Smit törətdiyi iyrənc əmələ görə bu gecə edam edilib... Əksər ştatlar kimi, Alabama da belə nəticəyə gəlib ki, bəzi cinayətlər o qədər iyrəncdir ki, onlar ölüm cəzasını tələb edir”, - baş prokurorun bəyanatında deyilir.
Marşal edamın yerli vaxtla saat 19:56-da (26 yanvar, Bakı vaxtı ilə 05:56) başlamasına icazə verib. Ölüm saat 20:25-də (Bakı vaxtı ilə 06:25) baş verib.
Qeyd edək ki, edam edilən şəxs 1988-ci ildə bir qadını sifarişlə öldürməkdə təqsirli bilinən 58 yaşlı Kennet Smitdir.

Kennet Smit

DİGƏR XƏBƏRLƏR

Top