
“İsrailin Qəzza zolağında əməliyyatını davam etdirməsi dünyada münaqişələrin genişlənməsinə səbəb olacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasının bəyanatında deyilir.
“İsrailin Qəzzada davam edən qırğınları regionda sülhün, təhlükəsizliyin və kövrək tarazlığın düzəlməz dərəcədə pisləşməsinə, eləcə də münaqişələrin yayılmasına səbəb olacaq”, - bəyanatda deyilir.
Bundan əlavə, vurğulanır ki, Qəzzada törədilən insanlığa qarşı cinayətlərin qarşısını ala bilmədiyi üçün BMT başda olmaqla, bütün təsisatları və qaydaları ilə beynəlxalq sistemin təcili islahatlara ehtiyac var.