
Malatyanın Battalgazi rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, Battalgazidə baş verən zəlzələnin dərinliyi 13,93 kilometr olub.
Zəlzələ Kahramanmaraş, Adıyaman, Qaziantep və Mardində hiss olunub.