“Ukraynadakı münaqişədə azı 400 amerikalı həlak olub”


“Ukraynadakı münaqişədə azı 400 amerikalı həlak olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ müdafiə nazirinin Donald Tramp administrasiyasındakı keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor bildirib.
“Biz bilirik ki, muzdlu əsgər olub-olmamalarından asılı olmayaraq ən azı 400 amerikalı həlak olub. Təbii ki, bizim administrasiya bu məlumatları dərc etməyəcək”, - deyə Makqreor “X” səhifəsində yazıb.
Qeyd edək ki, 2023-cü ilin mayında Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti xüsusi hərbi əməliyyat zonasında Rusiya ordusuna qarşı döyüşlərdə 71 ölkədən 2 mindən çox muzdlu əsgərin iştirak etdiyini, onlardan 234-nün ABŞ vətəndaşı olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top