
“İraqın İslami Müqaviməti” hərəkatı İraq və Suriyada ABŞ-nin üç hərbi bazasına hücum etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında məlumat yayılıb.
Məlumata görə, ABŞ-nin İraqın Ənbar vilayətində, Ərbil beynəlxalq hava limanının ərazisində (İraq Kürdüstanının inzibati mərkəzi - İraqın şimalındakı muxtar bölgə) və Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağının ərazisində yerləşən bazalarına hücum edilib.
Hərəkatın hücumlarda raket və pilotsuz təyyarələrdən istifadə etdiyi iddia edilir.
Hücumların nəticələri barədə məlumat verilmir.