Fransa İl-76 ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirməkdən imtina etdi – Yenilənib


Yanvarda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransa Belqorod vilayəti səmasında vurulan İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın tələb etdiyi iclası keçirməkdən imtina edib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat yayıb.
Polyanski qeyd edib ki, Fransa prezidentliyinin belə bir qərarı səlahiyyətdən sui-istifadədir.

***22:46
Rusiya Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
Yeniavaz.com
“İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiya tərəfi çox ümid edir ki, Fransa sədrliyi öz öhdəliklərini vicdanla yerinə yetirəcək və belə bir görüşü mümkün qədər tez təyin edəcək”, - nazir deyib.
Lavrovun sözlərinə görə, görüş təyin olunarsa, o, Nyu-York vaxtı ilə saat 15:00-da, Moskva vaxtı ilə 23:00 keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top