Səudiyyə Ərəbistanında ilk spirtli içki mağazası açılacaq


Səudiyyə Ərəbistanında ilk spirtli içki mağazası açılacaq.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” planlar və sənədlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, içkilər yalnız qeyri-müsəlman dinə mənsub olan xarici diplomatlara satılacaq.
Agentlik dəqiqləşdirir ki, mağaza ölkənin paytaxtı Ər-Riyadda, əsasən səfirliklərin və diplomatların evlərinin yerləşdiyi məhəllədə açılacaq.
Mağazanın yaxın bir neçə həftə ərzində açılacağı gözlənilir. Orada məhsul almaq üçün alıcılar mobil proqram vasitəsilə qeydiyyatdan keçməli və Xarici İşlər Nazirliyindən xüsusi giriş kodu almalı olacaqlar. Diplomatlardan həmçinin aylıq alış kvotasını aşmamaq tələb olunacaq.
Nəşr yazır ki, bu tədbir Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ölkədə turizm və biznesi inkişafı üçün atırıb.

DİGƏR XƏBƏRLƏR

Top