
Rusiyalı təbliğatçı və RT-nin baş redaktoru Marqarita Simonyan Belqorod vilayətində qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinin İl-76 təyyarəsinin göyərtəsində olduğu iddia edilən ukraynalı hərbi əsirlərin siyahısını dərc edib.
Yeniavaz.com xəbər verir ki, təqdim olunan siyahıda 65 nəfərin adı, soyadı və doğum tarixi yer alıb.
Siyahının həqiqiliyi təsdiqlənməyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hərbi əsirlərin sonradan rus hərbi əsirləri ilə dəyişdirilməsi üçün təyyarə ilə Belqoroda aparıldığını iddia edib. Bildirilir ki, İl-76-nın göyərtəsində 65 ukraynalı hərbi əsir, üç rusiyalı hərbçi və altı ekipaj üzvü olub. Belqorod vilayətinin səlahiyyətlilərinin sözlərinə, təyyarədə olanların hamısı həlak olub.

