
İsrail və HƏMAS arasında bir aylıq atəşkəs və məhbus mübadiləsi haqqında prinsipial razılıq əldə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç məlumatlı mənbəyə istinadən məlumat verib.
Adı açıqlanmayan bir məmurun sözlərinə görə, bu nəticə ABŞ, Misir və Qətərin himayəsi altında keçən və dekabrın 28-də başlayan danışıqlarda əldə edilib.
Atəşkəsin nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil.
Eyni zamanda, HƏMAS təkid edir ki, sonrakı müzakirələr yalnız tərəflər daimi atəşkəs barədə razılığa gəldikdən sonra mümkün ola bilər.
Qeyd edək ki, bir gün əvvəl Amerikanın “Axios” nəşri də mənbələrə istinadən İsrailin girovların tam azad edilməsi şərti ilə HƏMAS-a iki ay müddətinə atəşkəs təklif etdiyini, ancaq HƏMAS-ın təklifdə tam atəşkəsdən söhbət getmədiyi üçün İsrailin təklifini rədd etdiyini xəbər vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz