“Qəzzada 36 xəstəxanadan 16-ı fəaliyyət göstərir” – Quterreş


Qəzzanın 36 xəstəxanasından yalnız 16-sı fəaliyyət göstərir ki, bu da yoluxucu xəstəliklərin yayılma riskini artırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə axşamı BMT-nin baş katibi Antonio Quterreş “X” sosial şəbəkə səhifəsində yazıb.
“Qəzzanın 36 xəstəxanasından yalnız 16-sı qismən fəaliyyət göstərir. Səhiyyə sistemi çökdükcə xəstəliklər yayılır. Qəzzalılar amansız bombardmanlar nəticəsində nəinki ölmək və ya yaralanmaq riski daşıyır, həm də yoluxucu xəstəliklərə yoluxma ehtimalı artır”, - Quterreş bildirib.
Qeyd edək ki, baş katib bundan əvvəl İsrailin Fələstin anklavına endirdiyi zərbələr nəticəsində BMT-nin 153 əməkdaşının həlak olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top