
Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsindəki hər kəsin həlak olduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalı vasitəsilə məlumat yayıb.
“Koroçanski rayonunda nəqliyyat təyyarəsi qəzaya uğrayıb. O, yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə olanların hamısı həlak olub. Hazırda ərazi mühasirəyə alınıb, bütün əməliyyat xidmətləri yerindədir, istintaq tədbirləri aparılır”, - deyə Qladkov bildirib.
***13:41
“Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu il yanvarın 24-də Moskva vaxtı ilə saat 11:00 radələrində (Bakı vaxtı ilə 12:00) İl-76 təyyarəsi planlı uçuşu yerinə yetirərkən Belqorod vilayətində qəzaya uğrayıb”, - məlumatda deyilir.
Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində mübadilə üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, həmçinin altı ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.
Qeyd olunub ki, hadisə yerinə həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları da gediblər.

***13:30
Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə qəzanın görüntüləri yayılıb.
Rusiyanın “112” teleqram kanalı yazır ki, vilayətin Koroçansk rayonunda qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub və onların hamısı həlak olub.
“Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm ", - deyə Belqorod vilayətinin qubernatoru Qladkov “Telegram” kanalında yazıb.