Yağıntılı hava nə vaxtadək davam edəcək?


“Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda Bakıya və Abşeron yarımadasına qar yağıb. Axşama doğru yağıntının tədricən kəsiləcəyi gözlənilir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Qeyd olunub ki, hazırda bölgələrdə də yağıntılar davam edir:
“Havanın temperaturu 1 dərəcəyədək istidir. Axşam saatlarında 0 dərəcəyədək enəcək. Yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq. Bölgələrdə də yağıntılar davam edir. Axşama doğru tədricən kəsiləcək. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur”.
G. Məmmədova bildirib ki, yanvarın 25-də həm paytaxtda, həm də bölgələrdə hava şəraiti gün ərzində sabit, əsasən yağmursuz keçəcək.

DİGƏR XƏBƏRLƏR

Top