“Avropada qızılcaya yoluxma hallarının həyəcan verici artması müşahidə olunur”


“Avropa regionunda 2023-cü ildə qızılca xəstəliyinə yoluxma faktı 30 dəfə artıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ÜST-in Avropa Regional Ofisi məlumat yayıb.
“ÜST-nin Avropa Regionunda qızılcaya yoluxma hallarının həyəcan verici artması müşahidə olunur. 2023-cü ilin yanvar-oktyabr ayları arasında regionun 53 ölkəsindən 40-da 30 000-dən çox qızılca hadisəsi qeydə alınıb. Bu, 2022-ci ildə bütün ölkələrdə qeydə alınan 941 hadisə ilə müqayisədə 30 dəfə çoxdur. Son aylarda yoluxmaların artması sürətlənib və daha da yayılmasının qarşısını almaq üçün regionda təcili tədbirlər görülməyincə bu tendensiyanın davam edəcəyi gözlənilir”, - məlumatda deyilir.
ÜST-ün Avropa Ofisinin direktorunun sözlərinə görə, qızılca ilə mübarizənin yeganə yolu peyvənddir:
“Peyvənd uşaqları bu potensial təhlükəli xəstəlikdən qorumağın yeganə yoludur. Yoluxmanı dayandırmaq üçün peyvəndə ehtiyac var”.

DİGƏR XƏBƏRLƏR

Top