
Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər nəticəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) üç zabiti həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, IDF-nin 35-ci Paraşüt Briqadasının üç zabiti, o cümlədən 27 yaşlı mayor David Nati, 24 yaşlı mayor İlay Levi və 22 yaşlı kapitan Eyal Mevorax Tvito Fələstin anklavının cənubunda Xan Yunis şəhərinin qərbində gedən döyüşlər zamanı öldürülüb.
Bununla da İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri ölən hərbçilərinin sayı 200-ə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı isə 535 olub.