
“Növbəti bir neçə ay Ukrayna üçün kritik olacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Kirbi qeyd edib ki, Kiyev hazırda çətin seçimlər etməlidir:
“Əgər qar yağdığı üçün döyüşlərin dayanacağını düşünürsünüzsə, bir daha düşünün. Ukrayna ordusu hansı silahlardan istifadə edəcəyi ilə bağlı çətin seçimlər etməli olur, çünki növbəti tədarükün nə vaxt olacağını bilmir”.
Koordinator əlavə edib ki, Vaşinqtonun Kiyevə hərbi dəstəyini dayandırması Avropa ölkələrindən Ukraynaya yardım perspektivlərini təhlükə altına qoyur.