Şamaxıda 9 odlu silah polisə könüllü təhvil verildi


Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilir ki, cari ay ərzində Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri 1-i yivli “Karabin” markalı odlu silah olmaqla ümumilikdə 9 tüfəngi və patronları könüllü olaraq təhvil veriblər.
Bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

DİGƏR XƏBƏRLƏR

Top