
Əməkdar artist Niftulla Əsgərov 65 yaşında dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıb.
Tanınmış aktyorun ürək-damar xəstəliyi səbəbindən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb.
2018-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.
Tətbiqimizi yükləyə bilərsiniz