Qəzzada ölü və yaralı sayı 88 minə çatır


İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 25,1 min nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Ötən il oktyabrın 7-dən İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 25 min 105-ə yüksəlib, 62 min 681 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 178 nəfər ölüb, ən azı 293 nəfər yaralanıb:
“Ölənlərin bəzilərinin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və anklavın yollarında qalır, həkimlər və xilasedicilər hələ də onlara çata bilmirlər”.

DİGƏR XƏBƏRLƏR

Top