
Kamçatkada 5,0 bal gücündə hiss olunan zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə mətbuat xidməti məlumat yayıb.
“Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, yanvarın 21-də axşam saatlarında Sakit Okeanda nəzərəçarpacaq seysmik hadisə qeydə alınıb. O, Petropavlovskdan 124 km şərqdə 45 km dərinlikdə baş verib. Seysmik hadisənin maqnitudası 5,0 olub”, - məlumatda deyilir.
Qeyd olunub ki, Petropavlovsk-Kamçatskinin bəzi ərazilərində 3 bal gücündə yeraltı təkanlar hiss olunub:
“Heç bir dağıntı yoxdur. Sunami təhlükəsi elan olunmayıb”.
Tətbiqimizi yükləyə bilərsiniz