Batumi-İstanbul reysi bomba xəbərinə görə gecikdi


Batumi-İstanbul reysi Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə anonim xəbərə görə iki saat gecikib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin “Birinci Kanal”ı TAV Georgia hava limanlarını idarə edən şirkətə istinadən məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, Tbilisi vaxtı ilə saat 17:40-da uçmalı olan reys yalnız saat 19:40-da uçub.
Bildirilir ki, yanvarın 20-də axşam saatlarında bomba barədə məlumat verilib və istehkamçılar hadisə yerinə gəlsələr də, partlayıcı qurğu tapılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top