Alper Gezeravcı kosmosdan Yeri çəkdi – Video


İlk türk kosmonavtı Alper Gezeravcı içində olduğu kosmik gəmidən Yerin görüntülərini çəkib.
Yeniavaz.com
xəbər verir ki, kosmonavt videonu sosial şəbəkə hesabında paylaşıb.
“Alpergezeravcı pəncərədən baxanda nə görür deyənlər üçün.
Yer: Beynəlxalq Kosmik Stansiya ISS
Sürət: 28.000 km/saat (sərnişin təyyarəsindən 30 dəfə çox)
Hündürlük: 400km (sərnişin təyyarəsindən 35 dəfə çox)
Təbii ki, mənzərə təyyarə səyahətindən bir az fərqlidir”, - paylaşımda deyilir.
Qeyd edək ki, Türkiyənin insan iştirakı ilə həyata keçiriləcək ilk kosmos missiyası çərçivəsində Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top