
Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Pirqulu stansiyasından 12 kilometr şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub.