
İqlim dəyişikliyi insanların orta ömrünü altı ay qısalda bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Banqladeşin iqtisadçısı Amit Roy “PLOS Climate” jurnalında nəşr etdiyi məqalədə yazıb.
Alim 1940-cı ildən 2020-ci ilə qədər 191 ölkədə orta temperatur, yağıntı və gözlənilən ömür uzunluğu ilə bağlı məlumatları qiymətləndirib. Müəyyən edilib ki, qlobal temperaturun Selsi üzrə bir dərəcə artması insanların orta ömrünün təxminən 0,44 il və ya təxminən altı ay və bir həftə azalmasına gətirib.
Roy həmçinin həm temperaturun yüksəlməsini, həm də yağıntıların dəyişməsini nəzərə alan kompozit iqlim dəyişikliyi indeksi hazırlayıb:
“İndeksin 10 bənd artması orta ömür müddətinin altı ay azalmasını bildirir. Bununla belə, inkişaf etməkdə olan ölkələrdə qadınlar və müəyyən qruplar bu dəyişikliklərə daha həssasdırlar”.
Tətbiqimizi yükləyə bilərsiniz