
Qəzza zolağında İsrailin hərbi zərbələri nəticəsində ölənlərin sayı 25 minə yaxınlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyindən məlumat verilib.
“Ötən il oktyabrın 7-dən İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 24 927 nəfərə çatıb, 62 388 nəfər yaralanıb”, - deyə məlumatda bildirilib.
Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 165 nəfər ölüb, ən azı 280 nəfər yaralanıb. Ölənlərin bəzilərinin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və anklavın yollarında qalır, həkimlər və xilasedicilər hələ də onlara çata bilmirlər.