
- İdeal ata ailəsini sevməli, həm həyat yoldaşının, həm də uşaqlarının ona əmanət olduğunu dərk etməlidir.
- İdeal ata uşaqlarının ilk tərbiyəçisi olmalıdır. Onların tərbiyəli və əxlaqlı böyümələri üçün şərait yaratmalıdır. Məktəbdə (və ya həyətdə) dostluq etdiyi uşaqları tanımalıdır.
- Uşaqlarını səhv hərəkətlərdən, həmçinin, səhv düşüncələrdən qorumalıdır.
- Ailəsinə bağlı olmalı, evdə qayda-qanunu, nizam-intizamı təmin etməlidir.
- İdeal ata həm də yaxşı nümunə olmalıdır. Uşaqlarının necə davranmasını istəyirsə, elə də davranmalıdır. Oturuşuna, duruşuna, ümumiyyətlə, bütün hərəkətlərinə qarşı diqqətli olmalıdır.
- İdeal ata ədalətli olmalı, uşaqları arasında ayrı-seçkilik salmamalıdır.
- İdeal ata ailəsinin müəllimi olmalıdır. Yeri gələndə nəsihət verməlidir.
- İdeal ata həmişə yumşaq və nəzakətli davranmalı, mərhəmətli və şəfqətli olmalıdır.
- İdeal ata çox şeyi hərəkətləri ilə başa salmalıdır.
- Evində baş verənlər barədə həyat yoldaşı ilə məsləhətləşməlidir.
- Ən çətin vəziyyətlərdə belə heç kimin haqqını tapdalamamalıdır.
- Həyat yoldaşına və uşaqlarına qiymət verməlidir. Üstəlik, bunu öz hərəkətlərində də hiss etdirməlidir.
- Lazım gələndə onları cəzalandırmalı, ancaq mükafatlandırmağı da unutmamalıdır.
- Uşaqları ilə bağlı xoşagəlməz bir şey eşitdikdə araşdırmadan, öyrənmədən hökm verməməlidir.
- İdeal ata uşaqlarını gələcəyə hazırlamalıdır.
Aygün Vəliyeva