Qəzzada öldürülənlərin sayı 24 min 762-yə yüksəldi


İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 24 min 762-yə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Kudra məlumat yayıb.
Məlumata görə, 7 oktyabrdan bu yana Qəzzada yaralanan fələstinlilərin sayı isə 62 min 108-ə yüksəlib.
Əl-Kudra İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 142 fələstinlini öldürdüyünü, 278 fələstinlini isə yaraladığını bildirib. O, dağıntılar altında hələ də ölənlərin olduğunu, lakin tibb və mülki müdafiə əməkdaşlarının cəsədlərə çata bilmədiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top